Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində qurbanların sayı 5 nəfərə çatıb.
AzadMedia.az-ın xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.
Nazir deyib ki, itkin düşən 11 nəfərin axtarışı davam edir. Selin törətdiyi fəsadlar səbəbindən bağlanmış 118 kənd yolundan 20-i də artıq açılıb.
S.Soylu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təlimatı ilə bölgədə xilasetmə işlərinin davam etdirildiyini nəzərə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.