Ombudsmanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər? - AÇIQLAMA
Azərbaycanda sentyabrın 15-dən təhsil və təlim prosesi bərpa olunacaq. Bu, müəyyən şərtlər daxilində və ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla təşkil ediləcək.
Uşaq bağçaları
Uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-də əyani formada davam edəcək. Bu qərar noyabrın 2-nə qədər qüvvədə olacaq, sonrakı mərhələdə respublikadakı epidemioloji vəziyyət nəzərə alınaraq qərar veriləcək.
Məktəbəqədər təhsil və icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyətinin təşkili
Məktəbəqədər qruplarda təhsil oktyabrın 1-dən həftədə iki dəfə olmaqla əyani aparılacaq. Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.
Ümumi təhsil
İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.
5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.
Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.
Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.
Xüsusi və internat tipli təhsil müəssisələri
Xüsusi tipli təhsil müəssisələrinin və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin yerləşdiyi internat məktəblərinin fəaliyyəti sentyabrın 15-dən mərhələlərlə əyani formada bərpa ediləcək.
Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.