AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İmam Hüseyn özü şəhid oldu ki, insanlığı qorusun” - Şeyx

  • + A
  • - A
  • 30-08-2020, 15:40

    “İmam Hüseyn özü şəhid oldu ki, insanlığı qorusun” - Şeyx

    Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Operativ Qərargahın qərarına əsasən, məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilmir, ibadətlər müvəqqəti dayandırılıb. Əksəriyyət buna əməl etsə də, qərara qarşı çıxıb mərasim keçirmək istəyənlər də var. 

    Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə REAL TV-yə açıqlamasında bu məsələyə münasibət bildirib. O qeyd edib ki, bu, dövlətin dinə qarşı qərarı deyil, əksinə insanları qorumaq üçün atılmış addımdır:

    "Ölkəmizdə Aşura və Məhərrəmlik ayı həmişə yüksək dərəcədə keçirilib. Bunun sübutundan biri də Aşura günündə Ulu öndər Heydər Əliyevin Təzəpir məscidinə gəlib mənbərin dibində oturması, mərsiyə eşitməsi və orada dindarların qarşısında çıxış etməsi idi. İmam Hüseyn əlehsalama, Kərbala şəhidlərinə verdiyi qiymət çox yüksək idi. 

    Bu il bizim üçün tamam başqa bir şəkil aldı. Mən buna Allahın bəlası deməzdim. Çünki Alah heç vaxt öz yaratdığına bəla göndərməz. Bu sınaqdır, imtahandır. Bu xəstəliyin əmələ gəlməsi insanın özü üçün yaratdığı bir bəladır. Dua edirik ki, bu xəstəlik tezliklə qurtarsın. Xəstəliyin dünyada geniş yayılması, ölümlərin çox olması göstərdi ki, Azərbaycan da bundan ehtiyat eləsin.

     

    Dövlətimiz bu xəstəliyə qarşı xüsusi qərargah yaratdı. Yeni xəstəxanalar tikildi, xaricdən həkimlər cəlb olundu. Amma bəzi dövlətlərdə minlərlə insan bundan əziyyət çəkir, xəstəxanalarda yer yoxdur. Amma bizim ölkədə bunun qarşısı müəyyən qədər alındı. Bu da onun nəticəsidir ki, xalqımız verilən tövsiyələrə qulaq asır. Əgər hansısa insan qanunu pozursa, dövlət tərəfindən cəzalanmalıdır.

     

    Biz qanunun tərəfindəyik. Operativ Qərargahın qəbul etdiyi qərara görə məscid, ibadətxanalar, kilsələr, sinaqoqlar hələlik bağlı olsun. Xəstəlik hələ davam edir. Aşura elə bir şeydir ki, orada dəvətli insan olmur. Aşura günündə cavanlar bir-birinə qarışırlar. Buna görə də bu il Aşuranı bu şəkildə keçirdik. Bir insanı ölümdən qorumaq bütün insanlığı ölümdən qorumaq qədər savabdır. İmam Hüseyn özü şəhid oldu ki, insanlığı qorusun. Çox təəssüflənirəm ki, bəzi adamlar bunu dinə qarşı qərar olduğunu düşünürlər. Bu, dinə qarşı qərar deyil. Dövlət din üçün bütün şəraitləri yaradıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR