Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı uğur qazanmayan namizədlərin apelyasiya müraciətinin nəticələri məlum olub.
Təhsil Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə, apelyasiya müraciəti etmiş 96 namizəddən 42 nəfər uğur qazanıb.
Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.