Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2 094 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.