Prezidentdən daşınar əmlakın yüklülüyü barədə FƏRMAN - Məbləğlər azaldıldı
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği aşağı salınıb.
Bununla bağlı Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edib.
Fərmanla yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 10 manatdan 6 manata endirilib.
Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 6 manatdan 2 manata, axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənən hesabatın verilməsi üçün məbləğ isə 6 manatdan bir manata endirilib.