AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Görün, kim məni ünsür adlandırır?!" - Fəzail Ağamalı İlham Əliyevə cavab verdi

  • + A
  • - A
  • 6-09-2020, 18:10

    Görün, kim məni ünsür adlandırır?!" - Fəzail Ağamalı İlham Əliyevə cavab verdi
    "Görün, kim məni ünsür adlandırır?! İllərdir qaynatasının kölgəsində yaşayır, mənə də ünsür deyir. Mənim tərcümeyi-halım şəffafdır. Ömrümü dovlətimin, xalqımın inkişafına həsr etmişəm. Övladlarının damarında millətə düşmən ermənilərin qanı axır. Mənim isə övladlarımın damarında türk qanı axır".

     

    Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fəzail Ağamalı 15 gün idi ki, müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının Sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin azadlığa çıxan kimi jurnalistlərə verdiyi açıqlamasında onu “xırda ünsür” adlandırmasına münasibət bildirərkən deyib.

     

    Fəzail Ağamalı "xırda ünsür" ifadəsinə görə onu məhkəməyə verəcəyi ilə bağlı sualı bu cür cavablandırıb:
    "İlham Əliyev mənim səviyyəmdə mübarizə aparılacaq adam deyil. Mənim mübarizəm dövlətimizin, dövlətçiliyimizin inkişafına xidmət etməkdir. Əsas davam da Ramiz Mehdiyevə olan davadır. İlham Əliyev mənim üçün xırda detaldır. Bundan sonra ona vaxt sərf etmək fikrində deyiləm".

     

    Qeyd edək ki, bir neçə müddət bundan əvvəl karantin qaydalarını pozaraq övladına toy edən AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 15 günlük həbs olunmuşdu. Bu gün isə müvəqqəti istintaq təcridxanasından azadlığa çıxan İlham Əliyev ilk olaraq jurnalistlərə açıqlama verib. O, bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib. İ.Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib. O, R.Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR