AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Toy və nişan mərasimləri keçirilə bilər - TƏKLİF

  • + A
  • - A
  • 8-09-2020, 10:57

    Toy və nişan mərasimləri keçirilə bilər - TƏKLİF

    Düşünürəm ki, yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər.

    Bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

    Deputat bildirib ki, əlbəttə ki, mərasimlər yeni qaydalar çərçivəsində nəzarət mexanizmlərinin qurulması şərti ilə olmalıdır:

    “Təbii ki, bu barədə son qərar operativ qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək.

    Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi baxımdan müsbət nəticə verməklə yanaşı, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma biz vətəndaş olaraq ehtiyatlı davranmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR