AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə xəbərdarlıq: şərtlər dəyişməyəcək, güzəşt olmayacaq!

  • + A
  • - A
  • 8-09-2020, 14:47

    Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtləri barədə açıqlama ilə çıxış edib.

    Bildirilib ki, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

    Müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə olunub və imtahanlardan öncə ictimaiyyətə təqdim olunub və hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi DİM-in səlahiyyətlərində deyil.

    DİM-dən Modern.az-a daxil olan açıqlamada məsələnin aktuallığını nəzərə alaraq aşağıdakıları bildiriblər.

    "Müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar. Plan yerlərinin sayı ötən illə müqayisədə demək olar ki, dəyişməyib (1% artıb).


    Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirildi. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50% azaldıldı.


    Şübhəsiz, qeyd olunanlar abituriyentlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərmiş oldu və aşağıdakı cədvəldə göstərilən statistik rəqəmlər də bunu sübut edir. Burada 2019 və 2020-ci ildə hər bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayının müqayisəsi təqdim olunur. Cədvəldən də göründüyü kimi, ötən il və bu il imtahan iştirakçılarının sayı ilə müsabiqəyə buraxılanların nisbəti demək olar ki, eynidir.



    2020 və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumat

    I QRUP

    İl

    İmtahan iştirakçılarının sayı

    Müsabiqəyə buraxılanlar, %

    Müsabiqəyə buraxılanlar, nəfər

    2020

    28242

    58.9

    16627

    2019

    27927

    57.1

    15943



    II QRUP

    İl

    İmtahan iştirakçılarının sayı

    Müsabiqəyə buraxılanlar, %

    Müsabiqəyə buraxılanlar, nəfər

    2020

    13023

    63.4

    8256

    2019

    15992

    64.8

    10364



    III QRUP

    İl

    İmtahan iştirakçılarının sayı

    Müsabiqəyə buraxılanlar, %

    Müsabiqəyə buraxılanlar, nəfər

    2020

    21410

    84.3

    18047

    2019

    21554

    81.3

    17530



    IV QRUP

    İl

    İmtahan iştirakçılarının sayı

    Müsabiqəyə buraxılanlar, %

    Müsabiqəyə buraxılanlar, nəfər

    2020

    4787

    82.4

    3945

    2019

    5071

    82.2

    4169



    Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı, subbakalavrlar da iştirak edir. Beləliklə, hər ixtisas qrupu üzrə müsabiqəyə buraxılanların ümumi sayı aşağıdakı cədvəldə təqdim olunub:


    2020-ci ildə müsabiqə aparılacaq plan yerləri və müsabiqəyə buraxılanların sayı


    Qrup

    Plan

    Müsabiqədə (ixtisas seçimində) iştirak edəcək

    Abituriyent sayı

    Subbakalavr sayı



    I

    14924

    16627

    5179



    II

    13800

    8256

    5240



    III

    12286

    18047

    2853



    IV

    4100

    3945

    1609






    Digər vacib bir məqamı da unutmaq olmaz. İmtahandan sonra müsabiqə şərtlərinin dəyişdirilməsi müsabiqə şərtlərini ödəyən digər abituriyentlərin hüquqlarına ziddir. Belə ki, bəzi abituriyentlər ikinci mərhələ üzrə müsabiqə şərtinin aşağı salınmasını xahiş edirlər. Belə olan halda, müsabiqənin ümumi bala əsasən aparıldığına görə, həmin abituriyentlər ilkin müsabiqə şərtlərini ödəmiş, yəni hər iki mərhələ üzrə lazımi nəticə göstərmiş, lakin ümumi balı güzəşt olunan abituriyentlərdən bir qədər az olan abituriyentlərə nisbətən üstünlük qazanırlar.


    Beləliklə, qeyd olunanlara əsaslanaraq bildiririk ki, bu il əvvəlcədən müəyyən olunmuş müsabiqə şərtlərinin dəyişdirilməsi üçün heç bir hüquqi və elmi əsas yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR