AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda jurnalist qəzaya düşdü - Video

  • + A
  • - A
  • 8-09-2020, 21:20

    Bakıda jurnalist qəzaya düşdü - Video
    Bakıda jurnalist avtomobil qəzasına düşüb.

    AzadMedia.az Milli.az-a istinadən xəbər verir ki, qəza anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlar əks tərəfdən keçən avtomobilin təhlükəsizlik kamerasına düşüb.

    Milli.Az-ın əməkdaşının idarə etdiyi motosiklet qarşısındakı taksi sürücüsünün kobud səhvinə görə aşıb, jurnalist yüngül bədən xəsarəti alıb. Onun başında moto-dəbilqənin olması ciddi xəsarət almasına mane olub.

    M.Ə.Rəsulzadə qəsəbəsinin Azadlıq prospekti hissəsindəki işıqfordan hərəkətə başlayan motosiklet sürücüsü sol zolağın sağ hissəsi ilə hərəkət edərkən 99PR634 dövlət qeydiyyat nişanlı taksi sürücüsünün anidən yavaşlayaraq iki zolaqlı yolda sağ zolaqdan sola dönməsi bədən xəsarəti ilə nəticələnən qəzaya səbəb olub.

    Onun güzgülərdən istifadə etməməsi və kobud qayda pozuntusu jurnalistin bazu sümüyünün və sağ qolunun əzilməsi ilə nəticələnib.

    Qəza sentyabrın 6-da günorta saat 3 radələrində Məmməd Əmin Rəsulzadə qəsəbəsindən Azadlıq prospekti metro stansiyasına gedən istiqamətdə baş verib.

    Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, iki zolaqlı yolda sağ zolaqdan sola dönmək qadağandır və bu qayda pozuntusu 40 manat cərimə ilə cəzalandırılır. Əgər pozuntusu yüngül xəsarətlə nəticələnibsə o, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

    Görüntüləri təqim edir:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR