Spiker TBMM-in binasının bombalanmış hissəsi ilə tanış olub - FOTO
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Nümayəndə heyətinə burada o dövrkü hadisələr barədə geniş məlumat verilib.