Türkiyədə son sutkada daha 56 nəfər koronavirusdan öldü
Türkiyədə son sutka ərzində daha 56 nəfər koronavirusdan ölüb.
AzadMedia.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 951 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 112 213 nəfərdən 1 671-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 288 126 nəfərə çatıb.
Müalicə olunan 1 117 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 256 524 nəfər təşkil edir".