ARTIQ DÜNYA BİRLİYİ İŞĞALÇI ERMƏNİSTANA DUR DEMƏLİDİR!
Bir neçə gün əvvəl, yəni tarix dəqiq olaraq qeyd etsək, 11.09.2020-ci il tarixində işğalçı Ermənistan tərəfinin media orqanlarından biri olan https://www.ermenihaber.am/ xəbər saytında yenidən yalan bir başlıq altında “Dağlık Karabağ, evsiz kalan Lübnan'lı Ermenilere kucak açtı” yazısı yayınlandı.
Yazının giriş hissəsini sizə təqdim edirəm – “Artsax (Dağlıq Qarabağ),
4 Avqust Beyrut partlayışı səbəbiylə evsiz qalan Livanlı ermənilərə qucaq açdı. Böyük partlayışdan sonra Ermənistan bölgədəki əhəmiyyətli dərəcədə erməni əhalisinin sayına görə bölgədə köməyə gələn ilk ölkələrdən biri oldu.”
Hər zamankı kimi, işğalçı Ermənistana yaraşan bir şəkildə yazı yayınlanmışdı..
Yazının içəriyini bir tərəfə qoyuram, yazının başlığına diqqətinizi çəkmək istərdim - “Dağlık Karabağ, evsiz kalan Lübnan'lı Ermenilere kucak açtı”.
Sizcə, yetəri qədər qırqırdıcı bir yazı başlığı deyilmi?!
Sizcə, Dünya Birliyinin artıq bunlara dur!- demək, vaxtı gəlmədimi?!
Əslində, Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi, etnik və ərazi zəminlərinə əsaslanan iki əsrə yaxın bir tarixə sahib qarşıdurmadır.
Bu məqamda, Ermənistan Dağlıq Qarabağla birlikdə heç bir hüquqi əsas olmadan Azərbaycan ərazilərinin 20% -ni işğal edib.
Və bu gün problem beynəlxalq qurumların vasitəçiliyi ilə öz həllini hələ də, gözləyir!..
Ermənistan yüz illərdir yürütdüyü iki üzlü siyasəti nəticəsində haqlı şəkildə bədəl ödəyir və belə davam edərsə, bədəl ödəməyə davam edəcəkdir.
“Bu gün ərazi iddiaları və soyqırım iddiaları səbəbi ilə Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən təcrid olunmuş bir ölkə olaraq, ciddi iqtisadi çətinliklər yaşayır. Hər nə qədər bunu dünya gündəmindən gizli tutmağa çalışsa da, Rusiyaya olan xarici borclarını ödəyə bilməyən ölkə, borcları müqabilində demək olar ki, bütün mühüm sənaye qurumlarının rəhbərliyini rusların öhdəliyinə vermişdir, qısacası, Ermənistan bir dövlət olaraq həqiqətən iflas etmiş və sanki girov qoyulmuş bir ölkəyə çevrilmiş vəziyyətdədir.”
Bunların xaricində, Ermənistanın ən vacib problemi 1990-cı illərdə əhalisinin ciddi azalması prosesi idi. Rəsmi rəqəmlər ölkənin əhalisinin 3 milyona yaxın olduğunu göstərir, lakin 1990-cı illərdə Ermənistanda olan ağır iqtisadi-siyasi vəziyyətlə əlaqədar olaraq ölkəni tərk edən əhalinin sayı 600min - 1 milyon arasında olduğu təxmin edilir..
Elə o vaxtlardan bəri, əhalinin sayında olan ciddi azalma ilə əlaqədar olaraq, bu gün Ermənistan “hər zaman yürütdüyü iki üzlü siyasət kimi” öz əhalisinin sayını süni şəkildə artırmaq yoluna əl atdı. Necə ki, 4 Avqust Beyrut partlayışını belə əlində tarixi bir şansa çevirərək bu səbəblə evsiz qalan Livanlı ermənilərə ev sahibliyi etməyi qərara aldı – Lakin bunu Dünya İctimaiyyətinə yenə yalan bir başlıq altında çatdırmağa cəhd göstərdi - “DAĞLIQ QARABAĞ EVSİZ QALAN LİN ERMƏNİLƏRİNƏ QUCAQ AÇDI” deyə yayınladı..
Bununla da bitmir! Öncəliklə, 3 təyyarə yardım göndərdi. Ermənistanın baş naziri Paşinyan hadisədə zərər çəkən ermənilərə hər cür yardım veriləcəyini açıqladı. 12 avqustda 100 erməni Livandan Ermənistana hava yolu ilə gətirildi və baş nazir Paşinyan tərəfindən hava limanında qarşılandı.
Bu müddətdə Paşinyan onlara başqa bir vəd də verdi - “Ermənistana gələn Livan ermənilərinə vətəndaşlıq və yaşayış hüquqları veriləcəyini söylədi.”
Eyni zamanda, baş nazir Paşinyan, Ermənistan xaricində yaşayan ermənilərin Ermənistana qayıtmasını və Ermənistan əhalisini artırmağın prioritet olduğunu bildirdi.
Nəzərinizə çatdırım ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir, hal-hazırda status-kvo qəbul olunmazdır.
Hər bir halda, diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır- Azərbaycan dövlətinin ümumi qüdrətində əks olunan nəaliyyətlərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir”!
Ali baş komandanın söylədiyi kimi, bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Yəni bu ona əsas vermir ki, 30 ildir biz susuruq. Xeyr! Biz sadəcə, ölkədə və dünyada sülh istəyən bir dövlətik. Ölkə rəhbərimizin də qeyd etdiyi kimi. Lakin Dünya Birliyi artıq Ermənistana dur deməlidir! Artıq bunun vaxtı gəlib çatıb.
Əslində, bizim Azərbaycan dövləti və Azərbaycan xalqı olaraq heç vaxt heç bir ölkə ilə problemimiz olmayıb. Bizim Beybəlxalq aləmdə öz həllini tapmamış sadəcə bir problemimiz var- Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir.”
Qeyd edim ki, Ali baş komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi məhz, Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin prioritetidir.
Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”!
Biz inanırıq ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən, çevik daxili və xarici siyasətini özünün siyasi kursu olaraq elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı olan prezident İlham Əliyevin məqsədönlü fəaliyyəti nəticəsində qondarma Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır.
Sarsılmaz bir iradəylə bəyan edərək qeyd etmək istəyirik ki, əgər bu mümkün olmasa, Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan xalqı, onun Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı hərb gücünə azad edəcəkdir.
Təbii olaraq bu Azərbaycan xalqının birmənalı, ayrılmaz və konstitusion hüququdur!
Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağ ərazisindən çəkilənədək ölkəmiz bütün diplomatik imkanlarını səfərbər edərək Ermənistanı daim beynəlxalq ictimaiyyət qarşısında ifşa edəcəkdir. Bu proses işğalçı dövlətin torpaqlarımızın 20 faizini azad etməsinədək davam edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, son nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsinə nail olacaqdır. Həmin qətnamələr isə Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir!
Bir sözlə, Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələrində də bu, öz əksini tapmışdır. Onların hamısı eyni şeyi tələb edir - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarını daim üstün tutan ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək hüququ olduğunu bir daha xatırladaraq demişdir: “Bu, bizim suveren hüququmuzdur, dövlətimizin ərazi bütövlüyünün siyasi vasitələrlə deyil, açıq deyək, hərbi vasitələrlə bərpa edilməsi də bizim suveren hüququmuzdur. BMT Nizamnaməsinə uyğun olaraq bizim belə bir hüququmuz vardır.
Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdir: “Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”.
Bu minvalla, biz Birləşmiş Millətlər Təşkilatını - bütün üzv dövlətlərin, həm də vasitəçilərin - Minsk qrupunun, həmsədrlərin səylərinin fəallaşması, münaqişənin mümkün qədər tezliklə həll edilməsini, erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə bərabər, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi - Ermənistan tərəfindən işğal edilmiş tarixi Dağlıq Qarabağ torpaqlarının Azərbaycan dövlətinə qaytarılması üçün bütün hüquqi və siyasi səylərini gücləndirmələrini tələb edirik!
Bir sözlə, bütün dünya ictimaiyyətini və bütün beynəlxalq təşkilatları artıq işğalçı Ermənistana dur deməyə çağırırıq !
ÜLKƏR PİRİYEVA - POLİTOLOQ