Nazirlikdən XƏBƏRDARLIQ: Direktor müəllimi spirt almağa məcbur edə bilməz!
"Bütün məktəblər sabahkı dərs gününə hazırdır. Hər bir məktəb dezinfeksiya olunub".
Bu fikirləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisi müəllimlərin məcburi qaydada spirt məhsullarını almasına da aydınlıq gətirib:
“Yayılan iddialar əsassızdır. Dövlət xətti ilə bütün məktəblərə tibbi məhlullar paylanılıb. Əgər hansısa müəllim çantasında spirt gətirərsə, buna bir söz deyə bilmərik. Ancaq müəllimlərin məcburi qaydada spirt alması xəbərləri doğru deyil”.