AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əflatun Amaşovdan rezonans yaradan siyahıya MÜNASİBƏT: “Hamı hamını tanıyır”

  • + A
  • - A
  • 18-09-2020, 17:58


    Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiyaya xidmət etdiyi iddia olunan azərbaycanlıların siyahısının yayımlanmasına münasibətini açıqlayıb.

    Ə.Amaşov “Facebook” hesabında yazıb ki, həmin məlumat Azərbaycan cəmiyyətində böyük səs-küy, ictimai rezonans doğurub.

    Şura sədri qeyd edib ki, həmin siyahıda kimlərin, hansı statusda olanların adlarının yer alması onu düşündürmür.

    O bildirib ki, daha çox həmin siyahının nəyə görə yayımlanması sual doğurur.

    “Bir çox adlara diqqət yetirəndə adamda belə təəssürat yaranır ki, orada tanıdığımız hər kəsin adı ola bilərdi və hamımız Rusiyaya işləyən kimi göstərilə bilərdik. Məhz buna görə də əlaqədar qurumlar məsələyə ciddi diqqət yetirməlidirlər. Tam aydındır ki, hansısa siyasi məqsədi gerçəkləşdirmək niyyəti var. O məqsəd nədir? Bu, müəyyənləşdirilməlidir”, - deyə Ə.Amaşov qeyd edib.

    Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərindəki qardaşlıq təzahürləri daha çox cəmiyyətə sirayət etdiyi vaxtlarda belə informasiyalar yayılır.

    “Əlbəttə, indi daha dərinə gediblər. Hiss olunur ki, cəmiyyəti qarışdırmaqda bir növ israrlıdırlar. Təbii ki, bu, mümkün deyil. Ən azından ona görə ki, hamı hamını tanıyır.

    Bir daha deyim, belə bir məlumatın dövriyyəyə buraxılmasının əsl səbəbi, doğura biləcəyi fəsadlar üzərində dayanılmalıdır. Hiss olunur ki, kimlərsə “baxın, Azərbaycanın üzdə olan, ictimai fikrə bu və ya digər təsiri olan adamları Rusiyaya işləyir” mesajı verilir və kimlərsə də bu mesajı çox incəliklə Azərbaycan cəmiyyətində tirajlayır. Beləliklə həm daxili, həm də beynəlxalq ictimai rəyə təsir göstərilir.

    Yenə də vurğulayım ki, bilmədiyimiz nəsə varsa, bunu əlaqədar qurumlar ortaya qoymalıdır. Mövzu ətrafında ciddi araşdırmalar aparılmalıdır. Ümumən məsələyə çox həssas yanaşılmalıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR