“Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu
Sumqayıtda bədbəxt hadisə olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb. Şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Sənan Ağa oğlu transformatorda təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
S.Ağayevin “Azərenerji”nin işçisi olduğu bildirilir.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.