“Orduyla bağlı yalnız rəsmi məlumatlara inanıb onların təbliğiylə məşğul olmalıyıq”.
AzadMedia.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bu gün keçirilən Gənclər və idman komitəsinin iclasında deyib.
O qeyd edib ki, ordunun fəaliyyətiylə bağlı bir çox məsələnin rəsmi məlumat olmadan işıqlanmaması üçün müəyyən işlər görülməlidir: “Hər birimiz seçicilərimizlə görüşlərdə, həmçinin mətbu orqanlarda bağlı bu məsələyə diqqət yetirməliyik. Pandemiyanı və baş vermiş Tovuz hadisələrini nəzərə almalıyıq. Düşmən təxribatının qarşısını biz birlikdə ala bilərik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.