Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 39 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1 812 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 705, bu günə qədər isə ümumilikdə 1 087 578 test icra olunub