AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar - YENİLƏNİB

  • + A
  • - A
  • 26-09-2020, 12:54



    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

    APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, İ.Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

    12:30

    Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

    “Report” xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

    Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

    Həmçinin və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev ev dustaqlığına buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR