Ermənistan daha 15 hərbçinin öldüyünü ETİRAF ETDİ
Ermənistan işğal altındakı Qarabağda verdiyi növbəti itkilərini etiraf edib.
AzadMedia.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdakı bazar günü döyüşləri zamanı daha 15 erməni hərbçi öldürülüb. Rəsmi məlumatda ölənlərin ad-soyadları da açıqlanıb.
Xatırladaq ki, düşmən bundan əvvəl 16 nəfər itki verdiyini bəyan etmişdi.