AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Mülki insanların qətlinə imza atan Ermənistana qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq edilməlidir"

  • + A
  • - A
  • 12-10-2020, 08:00

    "Mülki insanların qətlinə imza atan Ermənistana   qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq edilməlidir"



    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    "Mülki insanların qətlinə imza atan Ermənistana
    qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq edilməlidir"


    "Artıq Gəncədə və digər ərazilərdə mülki insanların qətlinə imza atan Ermənistana beynəlxalq təzyiqin göstərilməsi zamanıdır."

    Bunu Azadmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

    M.Məmmədovun sözlərinə görə, getdikcə azğınlaşan Ermənistana qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların tətbiqi zəruridir:

    “Ermənilərin Gəncə şəhərinə dünən axşam saatlarında endirdiyi raket zərbələri nəticəsində mülki insanların həlak olması, çoxlu sayda qadınların, uşaqların yaralanması göstərdi ki, Ermənistanın azğınlığı artmaqdadır. Hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrini vurmaq, dinc insanları öldürməklə çıxmağa çalışır. Düşmənin son təxribatı da göstərdi ki, Ermənistan atəşşkəs rejiminə əməl etmək niyyətində deyil və öz terrorçu fəaliyyətini atəşkəs dönəmində də davam etdirir. Odur ki, mülki insanların qətlinə imza atan Ermənistana istər beynəlxalq təşkilatlar, istər aparıcı dövlətlər, istərsə də region ölkələri sərt mövqe sərgiləməli, terrorçu dövlətə qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq edilməlidir. Habelə, Ermənistanın silahlandırılmasının qarşısı tam şəkildə alınmalıdır.”.
    Deputat qeyd edib ki, münaqişə çərçivəsində vəziyyətin pisləşməsi beynəlxalq hüquqa əməl olunmamasının nəticəsidir: "Görünən budur ki, beynəlxalq ictimaiyyət BMT-nin hansı şəraitdə və hansı məqsədlə yaradıldığını unudub. Sülh, təhlükəsizlik və inkişaf üçün beynəlxalq hüquq normalarının məcəlləsinin yaradılması üzrə 75 il işə hazırda məhəl qoyulmur. Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələrdə həllinin hüquqi əsası olduğu zaman nə qədər vaxt itirmişik? Bölgədəki mövcud vəziyyətin təcililiyi və ciddiliyi, bölgədəki sabitliyə və kollektiv təhlükəsizliyə töhfə verə biləcək hərtərəfli nizamlanma üçün BMT qətnamələrində göstərilən siyasi və hüquqi əsaslara qayıtmağı diktə edir". Sonda Məşhur Məmmədov qeyd etdi ki, beynəlxalq ictimaiyyət artıq bu məsələyə son qoymalıdır və erməni terrorunun qarşısını almalıdır. Cənab Prezidentin son çıxışlarını hamımız izləmişik və qərarında qətiyyətli olması hamıya yaxşı məlumdur. Bizim Ermənistana bir qarış da olsa, torpaq güzəşt etmək fikrimiz yoxdu. Əgər Beynəlxalq ictimaiyyət bacarmasa, qüdrətli ordumuz son qarış torpağımız işğaldan azad olunana qədər döyüş meydanında zəfər yazmaqda davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR