Bu gün, Milli Məclisimizin Masallı şəhər 70saylı dairə üzrə deputatı hörmətli Məşhur Məmmədovun doğum günüdür.Azad Media.az əməkdaşları adından – Sizi, doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımızı bildiririk – cansağlığı, xoşbəxtlik və Masallı şəhər 70 saylı dairə üzrə millət vəkili olaraq məsul fəaliyyətinizdə yeni uğurlar diləyirik!
Sizin yorulmaz əməyiniz sayəsində Masallı rayonu sosial-iqtisadi sahədə, eyni zamanda, Respublika səviyyəsində böyük nailiyyətlər qazanmışdır. Bizim, eyni zamanda, Masallı şahər seçicilərinin əyani şəkildə görüb yəqin etdiyi bu uğurlar- birbaşa sizin adınızla, təbii ki, sizin rəhbərliyiniz altında Masallıda 70 saylı dairə üzrə həyata keçirilən rayonun ardıcıl sosial-iqtisadi
inkişafının daha da, sürətləndirilməsinə dair əlavə tədbirlər ilə ayrılmaz şəkildə bağlıdır.
Qısa müddət ərzində, sizin böyük əzmkarlığınız sayəsində Masallı rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni təhsil müəssisələri və digər sosial yönümlü obyektlər tikilməyə başlamışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində, Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Qeyd edək ki, artıq Masallı rayonunun ölkəmizin sürətli inkişaf strategiyasında rolu günü-gündən artmaqda davam edir.
Əslində, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Bu gün hərbi vətənpərvər ruhda yetişdirilmiş Azərbaycan gəncliyi – Azərbaycan Ordusu müstəqil Azərbaycanın şanlı tarixinə “Yeni Bir Tarix” yazır. Bu mənada, Masallı gənclərinin rolu da danılmazdır!
Belə ki, Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub
saxlanılmasında da gənclərin rolu əvəzsizdir. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu anlamda, Masallı
gənclərinin çiyinlərinə də böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də gələcəyidir..
Bu gün həm də Sizin sayənizdə, Masallıda həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi məqsədi inanırıq ki, növbəti illərdə də, öz töhvəsini verəcək.
Azad Media.az əməkdaşları olaraq qeyd etməliyik ki, Masallı ronunun sürətlə inkişafında millət vəkili və əsl vətənpərvər bir şəxs kimi sizin rolunuz da danılmazdır və bu şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Xahiş edirik, AzadMedia.az əməkdaşları adına ən səmimi təbriklərimizi, Sizə uzun ömür və vəzifənizdə uğurlar diləyimizi qəbul edin.
Xalqa xidmət fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr əldə etməyinizi uca Allahdan arzu edirik!
Hörmətlə - AzadMedia.az əməkdaşları