AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaziantep “Cemax Group” İdarə Heyətinin sədri Cevdet Yıldırımdan “Karabağ Azerbaycan'dır!”

  • + A
  • - A
  • 6-10-2020, 10:01


    Xatırladaq ki, Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv olaraq atəşə tutub.

    Belə ki, mülki əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan bu günədək, hərbi qulluqçulardan əlavə, onlarla Azərbaycanlı mülki vətəndaşı qətlə yetirərək onlarla mülki şəxsi yaralamış, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurmuş və hələ də, Azərbaycanın müxtəlif şəhər və rayonlarında bu terror aktlarına davam etməkdədir..

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğu regionda sülh və sabitliyə ciddi təhlükə qaynağıdır.

    Bu müddət ərzində, dünyanın müxtəlif ölkələrindən Azərbaycana minlərlə mənəvi dəstək mesajları gəlməkdə davam edir.

    Bunlardan biri də, qardaş Türkiyə Cümhuriyyətindən Azərbaycan Mediasına “Qarabağ Azərbaycandır! başlığı altında, Azərbaycan üçün dəstək mesajı bu dəfə də, Qaziantep “Cemax Group” İdarə Heyətinin sədri Cevdet Yıldırımdan gəldi.

    Tanınmış Jurnalist Abdullah Yiğitə verdiyi açıqlamada, Qaziantep “Cemax Group” İdarə Heyətinin sədri Cevdet Yıldırım, “Tüm dünyaya, Dağlık Karabağ'ın 30 yıldır, Ermeni işgali altında olduğunu hatırlatarak, Azerbaycanlı kardeşlerimiz Şimdi ise en tabii hakkı olan, meşru müdafaa hakkını kullanarak tecavüz altındaki topraklarını işgalden kurtarmaktadır. Bu mücadele hak mücadelesidir, bu yol Hak yoludur, bu yol Cumhurbaşkanı İlham Aliyevin başkomuntanlığı altında, uluslararası adalete dayanan yoldur. İnşallah bu yolun sonunda, Azerbaycan Türk kardeşlerimiz için zafer vardır. Karabağ bizimdir, Karabağ Azerbaycan'dır!

    Son olaraq, Qaziantep “Cemax Group” İdarə Heyətinin sədri Cevdet Yıldırım,

    “Bir bedence iki can, yaşasın Türkiye-Azerbaycan"! deyə dünyaya səsləndi.

    ABDULLAH YİĞİT-ANKARA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR