AzadMedia.az xəbər verir ki, ötən gecədən etibarən, Gəncə şəhərində vəziyyət stabilləşib.
Bu barədə, Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, şəhərə gecə ərzində atəş açılmayıb: "Hazırda şəhərdə vəziyyət normaldır, sakitlikdir. Əhali arasında heç bir panika yoxdur, insanlar gündəlik işləri ilə məşğuldur. Şəhər ərazisində ictimai nəqliyyat da işini davam etdirir".
Belə ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.
Qeyd edək ki, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.