Zelenski Türkiyədə: “Birlikdə dünyaya hər bir millətin səsinin tam eşidilməli olduğunu deyirik”
![]()
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə rəsmi səfərdədir.
“Haber7” məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən qapalı görüş yerli vaxtla 15:00-da başlayıb.
Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Ukrayna lideri Türkiyə ilə güclü strateji tərəfdaşlıq əlaqələrini qiymətləndirib:
“Biz yalnız qonşu deyilik. Birlikdə dünyaya hər bir millətin səsinin tam eşidilməli olduğunu deyirik. Bu və daha çox şey bizi birləşdirir”.
O qeyd edib ki, Türkiyənin tutarlı, tam səmimi dəstəyini və ərazi bütövlüyünün qorunması üçün göstərdiyi köməyi gələcək Ukrayna nəsilləri unutmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.