Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Bu barədə “Anadolu” Agentliyi xəbər yayıb.
Hulusi Akar işğalçı Ermənistan ordusunun gecə vaxtı Azərbaycanın iki böyük şəhərinə dinc sakinlərin yaşadığı yerlərə xain hücumunu kəskin qınayıb.
“Ermənistan müharibə cinayətləri törətməyə davam edir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr edir”, - deyə o bildirib.
Hulusi Akar Füzulinin işğaldan azad edilməsi və Azərbaycanın mülki yaşayış yerlərinə hücum edən Ermənistanın “Su-25” hərbi təyyarəsini vurması münasibətilə də təbrik edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.