Ermənilər mövqelərimizi atəşə tutdu - RƏSMİ
Oktyabrın 18-də gün ərzində və 19-na keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də, Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.