AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Xilaskar liderimiz, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə tezliklə işğaldakı torpaqlara qovuşacağıq”

  • + A
  • - A
  • 22-10-2020, 20:00



    “Bu gün qəsbkar Ermənistan siyasi-hərbi rəhbərliyinin yürütdüyü siyasəti ancaq və ancaq mənəviyyatsızlıq və şizofreniya adlandırmaq olar. Bunun başqa adı yoxdur”.

    Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

    Millət vəkilinin sözlərinə görə, tibb elmində “erməni şizofreniyası” xəstəliyi mövcuddur və bu xəstəlik irsi olaraq ermənilərdə mövcuddur. “Bu xəstəlik yüz ildən artıqdır ki, avropalı tibb alimləri tərəfindən aşkar edilib və bu xəstəlik tibb elmində “erməni şizofreniyası” adını alıb. Bu xəstəlik genetik olaraq nəsildən nəslə keçir və patoloji olaraq özünü vaxtaşırı göstərir. Ermənilər də belə bir irsi xəstəliyin daşıyıcısı olduğundan başqalarına qarşı işğalçılıq, qəsbkarlıq siyasəti yürüdüb və bu, siyasətlərini həyata keçirmək üçün hədəf seçdikləri xalqlara qarşı insani dəyərlərdən uzaq, insanlığa sığmayan vəhşilik, soyqırım, kütləvi qırğın, qanlı terror aktları törədirlər. Qəsbkar Ermənistanın Azərbaycan qarşı yürütdüyü işğalçılıq sıyasəti, soyqırım, qanli terror, hərbi cinayətlər törətməsi “erməni şizofreniyası”nın bariz göstəricisidir. Əgər bu belə olmasaydı Ermənistanın siyasi –hərbi rəhbərliyi, xalqının sabahını düşünən insanlar öz xalqının gələcəyini təhlükəyə ataraq, onların acı taleyi ilə oynamazdı. Övladlarını başqa ölkənin ərazisində günahsız yerə qırdırıb, insanlığa zidd hərbi cinayətlər törətməzdi. Bununla da özlərinin bu coğrafiyada yaşamsını təhlükə altına atmazdılar. Digər bir fakt. Azərbaycan tərəfi əks-hücum xilaskarlıq əməliyyatı nəticəsində işğal altında olan torpaqları işğaldan azad edib düşmən üzərində birmənalı üstünlik əldə etdiyi halda münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verdiyi halda, məğlub olan düşmən ölkənin rəhbərliyi indiki məqamda məsələnin diplomatik yolla həllinin olmadığını nümayişkəranə formada bəyan edir. Bundan əlavə olaraq xalqı silahlanaraq açıq formada Azərbaycanla müharibəyə səsləyir. Bu bir daha işğalçı ölkənin işğalçılıq siaysətini tam xisləti ilə ortaya qoyan faktdır. Baş nazirin mətbuat katibi isə Paşinyanın dediklərinin tam əksi olaraq işğalçı ölkənin hər zaman sülh danışıqlarına hazır olduğunu bəyan edib. Bax belə ziddiyyətli açıqlamlar, onlarına həqiqətən də xəstə təxəyyülə və necə də riyakar olduqlarını dünyaya nümayiş etdirirlər. Əgər bu riyakarlıq olmasaydı təcavüzkar Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü və hərbi müttəfiqi Rusiyadan dəstək ala bilməyəndə əks qütbdə olan ABŞ-a, Avropa ölkələrinə, NATO-ya müraciət edərək yardım istəyirlər. Amma bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Artıq beynəlxalq birlikdə ermənilərin kim olduğunu yaxşı anlamağa başlayıb”- millət vəkili qeyd edib.

    Millət vəkilinin firkincə, əslində təcavüzkar Ermənistan rəhbərliyinin yürütdüyü şizofrenik siyasət bölgəni fəlakətə sürükləyir və bu siyasət onların sonunu gətirəcək: “Əslində azğın düşmən üzləşdiyi məğlubiyyətdən başını itirib və “oqonya” içərisində olduğundan nə etdiyini bilmir. Bu qeyri-müəyyənliyi ilə ermənilər vəziyyəti daha da mürəkkəbləşdirərək dalana sürükləyir.

    Azğın düşmən istər döyüş meydanında, istər diplomatiya, istərsə də informasiya meydanında acı məğlubiyyətlərə uğradığından, bu məğlubiyyətin acısını dinc əhalini hədəf seçərək hərbi cinayətlər, qanlı terror aktları və vəhşikliklər törətməklə çıxmaq istəyir.

    Bu azğın düşmən anlamalıdır ki, hər ötən saat onların ziyanına işləyir və zaman gələcək vəziyyətdən heç bir çıxış yolu qalmayacaq. O zaman da gecikmiş tövbə də onlara heç bir fayda verməyəcək. Çünki Ali Baş Komandanın liderliyi altında qəhrəman Azərbaycan ordusu ərazi bütövlüyümüzü bərpa etmək üçün həyata keçirdiyi sülhəməcburetmə və xilaskarlıq əməliyyatı uğurla davam edir. Ordumuz xilaskar sərkərdə, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında hər gün yeni-yeni işğal altında olan torpaqlarımızı işğaldan azad edir. Düşmən ordusu qəhrəman ordumuzun qarşısında tab gətirməyərək silah-sursatını, texnikasını qoyaraq qaçır. Rəşadətli Azərbaycan ordusu düşmənin böyük sayda texnikasını məhv edib və bir qismini də qənimət kimi ələ keçirib. Ordumuz düşmənin 241 tankı məhv edib, 39 tank hərbi qənimət kimi götürüb, piyadaların 50 döyüş maşını məhv edib, 24-nü isə qənimət kimi götürüb. Özüyeriyən 17 artilleriya qurğusu , 198 top, 58 minaatan, 53 tank əleyhinə vasitə, 70 “Qrad” qurğusu, 2 “Uraqan”, 2 “YARS”,1 TOS, 4 “S-300” zenit-raket kompleksi, 3 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 5 KUB və KRUQ zenit-raket kompleksi, 198 yük avtomobili məhv edilib. 12 minaatan, 102 yük avtomaşını,25 qumbaraatan hərbi qənimət kimi götürülüb.

    Bir məqamı da qeyd edim ki, Azərbaycan ordusu düşmənin bu qədər texnikasını məhv etsə də, hələ də, düşmən tərəfdə xeyli sayda hərbi texnika var. Bu bir daha işğalçının beynəlxalq konvensiyanın tələblərini kobud surətdə pozaraq havadarlarının dəstəyi ilə nəzərdə tutulandan artıq hərbi texnika saxladığının göstəricisidir.

    Digər tərəfdən təcavüzkar qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə edərək Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini bombalayır. Azğın düşmən hətta Qəbələyə, Kürdəmirə və digər rayonlara ballistik raket atıb. Təssüflər olsun ki, beynəlxalq aləmini ikili münasibət, tərəfkeşlik nümayiş etdirib təcavüzkar Ermənistanın bu beynəlxalq hüquqa zidd hərəkətlərinə göz yumub, susması Azərbaycan cəmiyyətində qəzəb və nifrətlə qarşılanır.

    Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır. Qəhrəman Azərbaycan ordusu bu gün Ali Baş Komandanın komandanlığı ilə tariximizə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi yazır. Azərbaycan torpaqları işğaldan azad etməkdə israrlıdır. Uzaqgörən, müdrik sərkərdə, Ali Baş Komandanımız İlham Əliyevin intellektual potensialı, siyasi iradəsi, qətiyyəti, cəsarəti, siyasi bacarığı və peşəkarlığı nəticəsində xilaskarlıq əməliyyatı uğurla davam edir. Azərbaycan qısa zamanda işğal altında olan bütün torpaqları azad edib, ərazi bütövlüyümüzü təmin edəcək. Zaman Azərbaycanın xeyrinə işləyir. Bu gün Azərbaycan cəmiyyəti xilaskar sərkərdəmiz və liderimiz cənab Ali Baş Komandan İlham Əliyev ətrafında tam bir yumruq kimi birləşərək qələbə uğrunda Vətənın bütövlüyü uğrunda mübarizə aparır və mütləq qalib olacaq. Tezliklə üçrəngli bayrağımız bütün Azərbaycan torpaqlarında dlağalanacaq. Yaşasın Azərbaycan ordusu. Allah müzəffər Azərbaycan ordusuna yar və yardımçı olsun. Qarabağ Azərbaycandır!”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR