AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin: “Ərdoğan müstəqil xarici siyasət aparır, onunla çalışmaq rahat və etibarlıdır”

  • + A
  • - A
  • 22-10-2020, 22:47


    Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ona xarici təzyiqlərə boyun əyməyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla çalışmaq rahat və etibarlıdır.

    “İnterfax”ın məlumatına görə, bu barədə Rusiya lideri “Valday” müzakirə klubunun videokonfrans rejimində keçirilən iclasında bildirib.

    “Bilirəm ki, Prezident Ərdoğan müstəqil xarici siyasət aparır. Heç bir təzyiqə baxmadan biz onunla kifayət qədər qısa müddətdə “Türk axını” layihəsini həyata keçirdik”, - deyə V.Putin qeyd edib.

    “Biz Avropa ilə bu mövzunu (“Şimal axını-2” layihəsinin tikintisi) illərlə çeynəyirik və Avropa heç cür onun üçün tamamilə sərfəli olan “Şimal axını-2” layihəsinin reallaşdırılması üçün elementar müstəqillik və suverenlik nümayiş etdirə bilmir. Ancaq biz Türkiyə ilə bunu kifayət qədər sürətlə etdik, heç bir hay-küyə baxmadan, öz milli maraqlarımızı bilə və anlayaraq Ərdoğan dedi ki, biz bunu edəcəyik və etdik”, - deyə V.Putin vurğulayıb.

    Rusiya lideri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan digər əməkdaşlıq sahələrində də müstəqil fəaliyyət göstərir.

    “Məsələn, hərbi-texniki əməkdaşlıq. Türkiyə qərar verdi ki, onlara müasir HHM sistemi lazımdır, bu gün üçün dünyada ən yaxşı sistem isə Rusiya istehsalı S-400 “Triumf” sistemləridir. Dedi və aldı. Bu cür tərəfdaşla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır”, - Rusiya lideri bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR