AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət Vəkili Məşhur Məmmədov, “KAYSO” Məclis toplantısında, Türkiyə Cümhuriyyətinə təşəkkürlərini bildirib

  • + A
  • - A
  • 28-10-2020, 11:30



    27 oktayabr tarixində, Kayseri Sənaye Palatası (KAYSO) Oktyabr ayı Üst Məclis Toplatısı, video konfrans sistemi üzərindən edilib.

    İlk növbədə, Azərbaycan-Türkiyə dövlət himnləri səsləndirilib.

    Belə ki, Türkiyə tərəfindən toplantıda məclis üzvləri, peşəkar komitə üzvləri, intizam şurası və yüksək məsləhət heyəti üzvləri, eyni zamanda, Azərbaycan tərəfindən millət vəkilləri, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Elnur Abdullayev iştirak edib.

    İclasın açılış nitqini söyləyən, KAYSO Məclis Başqanı Köməkçisi İlhan Baloğlu, dünyadakı pandemiyaya baxmayaraq, istehsalın davam etməsinin sevindirici hal olduğunu söyləyib.

    Qeyd edək ki, Baloğlu, Ermənistanın Azərbaycan ərazilərinə etdiyi təcavüzü qınayıb və bu problemin atəşkəs və ya sülh razılaşması ilə həll edilə bilməyəcəyini bildirərək, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən ən qısa müddətdə çıxması lazım olduğunu qeyd edib.

    Sonra, çıxış etmək üçün Kayseridən danışan Sənaye Palatası (KAYSO) İdarə heyəti Başqanı Mehmet Büyüksimitçi, 29 Oktyabr Türkiyənin Cümhuriyyət Günü ilə bağlı Türkiyə xalqını təbrik edib və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, eyni zamanda, qəhrəman silah yoldaşlarını rəhmətlə yad edib.

    Beləliklə, Xəzinə və Maliyyə Naziri Berat Albayrak tərəfindən açıqlanan, Yeni İqtisadiyyat Proqramına toxunan KAYSO başqanı Büyüksimitci, “Yeni İqtisadiyyat Proqramı”nda iqtisadiyyatda vəziyyət və qlobal inkişaflar düzgün müəyyənləşdirilib və müəyyən edilib, real tədbirlər və hədəflər irəli sürülüb. Düşünürəm ki, düzgün işləsək və istehsal etsək, məhsuldarlığımıza diqqət etsək, hökumətimizin qarşıya qoyduğu hədəflərə asanlıqla çata bilərik,” deyə qeyd edib.

    Toplantıda, Azərbaycan tərəfindən iştirak edən, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Millət Vəkili Məşhur Məmmədov, “Bu gün Türkiyə dövlətinin Azərbaycanın yanında olması, bizə qürur verir, biz həmişə bir olmuşuq, bugün də bu birlik, bərabərliyin və Türkiyənin bir qardaş kimi, bir can kimi, Azərbaycanla birlikdə olması, Azərbaycanın dərdinə şərik

    olması, Azərbaycana arxa durması, bizə qürur verir, şərəf verir və buna görə, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün qardaş Türkiyə xalqına təşəkkür edir, bu addımınız heç vaxt vaxt unudulmayacaqdır, deyirik.”

    “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz.” Biz hər zaman bir olmuşuq..

    Millətvəkili Məmmədov eyni zamanda, “Mən, bütün dünyada olan türk qardaşlarımıza da, öz minnəttarlığımı bildirirəm. Sizlərin, bu gün Azərbaycanın yanında olmağınız, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmasında əl-ələ verib, çiyin-çiyinə olub azərbaycanlılara verdiyiniz mənəvi dəstəyi, biz alqışlayırıq və buna görə məmnunluq hislərimizi ifadə edirik.

    Azərbaycanla Türkiyə arasında həmişə iqtisadi əlaqələr yüksək səviyyədə olub. Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkə olub. Və bu gün Azərbaycana da, ən çox investisiya yatıran ölkə məhz, Türkiyədir. Əslində, biz hər zaman türkiyəli iş adamlarını Azərbaycanda görməyimizə şad olmuşuq, onlarla hər zaman ortaq görüşlərimiz, ortaq layihələrimiz olub.

    Biz bir neçə gün əvvəl, Azərbaycanlı millət vəkilləri olaraq, xaricdə yaşayan və eyni zamanda ölkə daxilində olan, azərbaycanlı iş adamlarına “Fransa kimi ölkələrin Türkiyə mallarına baykot çağırışlarına cavab olaraq, bir mənalı şəkildə, onları Türkiyəyə investisiyalar yatırmağa və bu investisiyalarını daha da artırmağa” çağırış edən müraciət ünvanladıq.

    Biz inanırıq ki, artıq bu gündən sonra, Türkiyədəki iş adamlarımızın investisiya faizi 5 faiz deyil, növbəti aylarda və illərdə daha yüksək olacaqdır.

    Bu gün, hər kəs bilsin ki, Azərbaycan sadəcə və sadəcə öz torpaq bütövlüyü uğrunda mübarizə aparır və öz dinc əhalisinin haqlarının müdafiəsinə qalxaraq, işğal altında olan torpaqlarını azad edir. Azərbaycan dövlətinin heç kimin torpağında gözü yoxdur. Azərbaycan ordusu işğal altındakı torpaqlarını azadlığa qovuşdurur.

    Nəzərinizə çatdırım ki, hər bir azərbaycanlının evində öz bayrağımızla yanaşı Türkiyə bayrağı yer alır. Ulu Öndərimiz Heydər Əliyevin sözü ilə ifadə etsək “Biz bir millət, iki dövlətik”, bu ağır günlərdə, bu həqiqət özünü bütün dünyaya göstərmiş oldu.

    Dünya bilir ki, artıq qarşılarında əvvəlki Türkiyə deyil. Türkiyə həm iqtisadi, həm siyasi və həmdə hərbi müdafiə sənayesi sahəsində, bütün dünyaya bu gün rahatlıqla öz sözünü deyən və əməl edən güclü dövlətə çevrilib.

    Əminəm ki, Ali Baş Komandanımız İlham Əliyevin öndərliyində, Qarabağ uğrunda, haqlı davamızı sona qədər çatdıracağıq və müzəffər Azərbaycan Ordusu Azərbaycanın öz torpaq bütünlüyünü tam şəkildə bərba edəcəkdir.

    İnanıram ki, Qarabağ savaşımız tam şəkildə qələbə ilə nəticələnəndən sonra, hər iki dövlətimizin iş adamları ilə birlikdə, Qarabağımızın qalxınmasında yaxından iştirak edəcək, hər iki dövlətin bayraqları hər zaman yüksəklərdə dalğalanacaqdır.

    Azərbaycanın haqq işində yanında olduğunuza, səsinə səs verdiyinizə və bu haqq səsimizi dünyaya çatdırdığınıza görə, sizlərə təşəkkür edirik.”

    Son olaraq, Millət vəkili Məşhur Məmmədov, “Türkiyə Cümhuriyyətinin hər bir televiziya kanalına, mətbuat organlarına, jurnalistlərinə, ümumilikdə, bütöv Media Arenasına Qarabağ həqiqətlərini dünyaya çatdırdıqlarına görə, bizimlə birlikdə cəbhə xəttində ön sıralarda olduqlarına görə minnəttarlığımı bildirirəm. Bir sözlə, bu gün Qarabağ uğrunda, qardaş Türkiyə jurnalistlərimiz Azərbaycanın bu haqlı davasında media nümayəndəsi olaraq, nə gərəklidirsə, əllərindən gələni edirlər.

    Qoy, qardaş Türkiyənin səsi həmişə ucalardan gəlsin!

    Qoy, yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!”, deyərək sözlərini sona yetirib.

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Millət vəkili Qənirə Paşayeva, “Fransız mallarını da boykot edirik. Makron Türkiyə iqtisadiyyatına qarşı çirkin bir addım atarsa, biz fransızlardan az deyilik, onlardan da çoxuq,” deyib.

    Paşayeva, eyni zamanda, "Biz Çanaqqala Zəfərini yaşadıq, hər şey bitdi dediklərində, biz Türk milləti bitdi demədən bitməz, deyərək yola çıxdıq. Bu gün, Çanaqqala Qarabağdır,”deyə qeyd edib.

    İqtisadi Ticarət Komissiyasının üzvü Millət vəkili Elnur Abdullayev, “Bütün dünyanın, Azərbaycan Ordusunun qəhrəmancasına döyüşərək işğal altında olan torpaqlarını geri aldığını izlədiklərini”, bildirib.

    Xəbər – Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR