Nazirimizin də ifadə etdiyi kimi təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbarcasına hücumlarına son qoymaq üçün haqlı bir mübarizə verən və bu mübarizəni uğurla sonlandıran azərbaycanlı qardaşlarımızın zəfərini təbrik edirik.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin gündəmdəki mövzulara dair informasiya xarakterli videosunda bildirilib.
“İmzalanan atəşkəs anlaşmasının şərtlərinin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, regionda sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesində də “İki dövlət, tək millət” olduğumuz can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”, - deyə nazirlik rəsmisi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.