Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana təhvil verilib.
AZTV işğaldan azad edilən Kəlbəcər rayonuna ilk ayaq basan Azərbaycan əsgərlərinin görüntülərini paylaşıb.
Qeyd edək ki, gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib.
Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusunun bölmələri iki istiqamətdən – Göygöl və Daşkəsən rayonu ərazisindən Kəlbəcərə daxil olaraq öz mövqelərini tutacaqlar.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.