Düşməndən azad olunan Laçında işğaldan öncə bir Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.
Bu barədə Laçın Rayon İcra Hakimiyyətinin paylaşdığı məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır.
Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxta-körpü qəsəbəsində fəaliyyət göstərir.
Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.