İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın rəsmi Tehranın “Əl-Qaidə” terror qrupu ilə əlaqədə olması barədə ittihamlarını uydurma adlandırıb.
C.Zərif bu barədə öz “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, bir neçə saat əvvəl jurnalistlər qarşısında çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo İranı “Əl-Qaidə” terror qruplaşmasının sığınacağı adlandırmışdı.
C. Zərif əlavə edib ki, M.Pompeo öz bərbad karyerasını yalançı nitqlərlə bitirmək üzrədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.