Politoloq Seynur Əsgərli - “Qarabağ Dirçəliş Fondu”nun yaradılması olduqca əhəmiyyətli qərardır - Reportaj
Bu fikirləri AzadMedia.az-ın Redaktoru Ülkər Piriyevaya açıqlamasında, Politoloq Seynur Əsgərli bildirib.
Politoloq Seynur Əsgərli - “Yaxın günlərdə, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı. Beləliklə, ölkənin ərazi bütövlüyünü bərpa etməklə müstəqil Azərbaycan dövləti bir daha beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyi prinsiplərinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Qürurla qeyd etməliyəm ki, bu gün artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayır. Heç şübhəsiz ki, bu quruculuq işlərinə yaxından dəstək vermək hər bir azərbaycanlının arzusu və eyni zamanda, şərəf borcudur.
44 günlük Vətən müharibəmiz Şanlı Zəfərimizlə başa çatdıqdan sonra Qarabağın yenidən canlanması, qurulması, bərpa edilməsi, bölgənin yenidən tərəqqisi üçün Fondun qarşısında da böyük işlər durur” – deyə qeyd edib.
Politoloq Əsgərli - “Təbii ki, Cənab Prezident tərəfindən Müşahidə Şurasının tərkibinə seçilən şəxslər Respublikamızın hər daim inkişafı yönündə müsbət addımlar atıb. Və inanıram ki, onların hər biri Qarabağımızın qalxınması və çiçəklənməsi istiqamətində görüləcək bütün işlərə öz töhfələrini verəcəklər. Təəssüflə deməliyəm ki, şəhərlərimiz, kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə saysız dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni elədi. Ancaq bütün bunların bir nəticəsi olmadı. Vətən torpaqlarımız düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı da. Rəşadətli Ordumuz Ali Baş Komandanımızın öndərliyində torpaqlarımızı azad elədi. Cənab Prezidentimiz siyasət meydanında öz sözünü dedi.
Hər bir azərbaycanlı və dövlətimizi sevən hər kəs inanıram ki, tezliklə Qarabağımızda yeni həyat qurulsun deyə ən gözəl addımlar atacaqlar. Biz, necə ki, Qarabağ Zəfər tariximiz ərəfəsində Xalq-Rəhbər-Ordu birliyi olaraq Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib dəmir yumruq kimi düşmənin başını əzərək qalib gəldik, eləcə də hamımız Azərbaycan xalqı olaraq cənab Prezidentin ətrafında birləşərək bu işi çox uğurlu şəkildə həyata keçirəcəyik. Və əlbəttə ki, heç şübhəsiz bu istiqamətdə həyata keçiriləcək işlər çox qısa müddətə reallaşdırılacaqdır. Ən əsası, 2021-ci il müasir, müstəqil və bütöv Azərbaycanımız üçün daha uğurlu, daha nailiyyətli il olacaqdır, belə ki, doğma Qarabağ torpaqlarımızda canlanma, yenidənqurma, bərpa, qayıdışın həyata keçirilməsi istiqamətində işlər yüksək səviyyədə və sürətlə həyata keçiriləcəkdir" - deyə bildirib.
Politoloq Seynur Əsgərli həmçinin qeyd edib ki, düşmən işğalından azad edilmiş ərazilərimizin yenidən qurulması, bərpası və dirçəldilməsi üçün Qarabağ Dirçəliş Fondunun yaradılması olduqca əhəmiyyətli qərardır. Təbii ki, hər kəs irəliləyən günlərdə Qarabağ Dirçəliş Fondunun yaradılmasının nə qədər mühüm bir addım olduğunun şahidi olacaqdır”.
Ülkər Piriyeva