Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında 15 yanvar 2021-ci il tarixindən Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edilib.
Müsabiqənin məqsədi dahi Azərbaycan bəstəkarının əsərlərini plagiatdan qorumaq, dünyada Üzeyir Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.
Müsabiqənin şərtlərinə görə, Üzeyir bəyin əsərlərindən seçilmiş 10 melodiyanın biri və ya bir neçəsinin əsasında orijinal əsərin yazılması və adlıqda mənbənin vurğulanmasıdır. Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı 1 iyul 2021-ci il tarixinə qədər qəbul olunacaq.
Müsabiqənin mükafat fondu 3.500 dollardır. Qaliblərin əsərləri ABŞ-da nəşr ediləcək və Nyu -Yorkun məşhur Linkoln mərkəzində ifa olunacaq. Müsabiqədə iştirakla bağlı ətraflı məlumatı
https://nmgcs.co/competition-about/ linki vasitəsilə almaq mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.