“Ölkəmizin nüfuzlu beynəlxalq platformaya dəvət alması Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlərlə bağlıdır”. Bu fikri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dövləti beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verir. Eyni zamanda, iki və üçtərəfli, həmçinin, çoxtərəfli formatlar çərçivəsində ayrı-ayrı ölkələrlə münasibətlər qururuq.
Bu, xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Yəni ölkəmizin “G-20” sammitinə dəvət olunması əbəs yerə deyil və bilavasitə qazandığımız uğurlarla əlaqəlidir. Son illər ərzində qlobal miqyasda nüfuzumuz daha da güclənib. Xarici dövlətlər Azərbaycana inanır və etibar göstərirlər. Məhz bu reallıqlar nəzərə alınaraq ölkəmiz sözügedən tədbirə dəvət edilib.
Millət vəkilinin fikrincə, 44 günlük müharibədə əldə etdiyimiz uğurlar da bu prosesdə çox mühüm rol oynayıb: “Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərini işğaldan tamamilə qurtararaq bölgənin lider ölkəsi olduğunu sübut etdi. Qazandığımız uğurlar beynəlxalq aləm tərəfindən böyük diqqətlə izlənilir. Dünya dövlətləri Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdırlar. Görürlər ki, Azərbaycan beynəlxalq humanitar layihələrə böyük dəstək verir.
Umumdünya Səhiyyə Təşkilatına maliyyə yardımının edilməsi, xeyli ölkəyə maddi kömək göstərilməsi, eləcə də müxtəlif formatlar çərçivəsində əməkdaşlıq qurmağımız bu kimi nəticələrin meydana çıxmasına səbəb olur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.