“Azərbaycanda Kino Agentliyi yaradılacaq”.
Bunu Real-a açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.
Nazir qeyd edib ki, Kino Agentliyinin yaradılmasında əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaqdır.
Həmçinin, bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaq hədəflənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.