AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah Binəqədinin bir hissəsinə təbii qaz fasilə ilə veriləcək

  • + A
  • - A
  • 1-02-2021, 23:27


    Fevralın 2-də Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatında fasilə yaranacaq.

    “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, fevralın 2-də Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 millimetr olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan etibarən Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində müvəqqəti fasilə yaranacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR