Azərbaycanda son sutkada koronavirusa 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230 769 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib, aktiv xəstə sayı 3 190 nəfərdir.
Ölkədə son sutka ərzində 6 640, hazırkı dövrədək isə 2 433 585 test aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.