Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin funksiyaları ilə bağlı uyğunlaşdırma aparılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda nəzərdə tutulan dəyişikliklərə əsasən, dövlət ilkin kəmiyyət vahidləri etalonlarının qorunub saxlanılması və dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi, dövlət kəmiyyət vahidləri etalonları haqqında məlumatların ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna daxil edilməsi, ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarət edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini , ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılır.
Buna uyğun olaraq Nazirlər Kabinetinin ölçmələrin vəhdətinin təmin edilməsi ilə əlaqədar qərarlarında müvafiq səlahiyyətlərin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icrası nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.