AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov İran parlamentinin komissiya sədri ilə görüşüb (FOTO)

  • + A
  • - A
  • 17-02-2021, 18:20


    17 fevral 2021-ci il tarixində nazir Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov İran İslam Respublikasının İslam Şura Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, bu səfərinin ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. Nazir, ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə nümayiş etdirdiyi dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub.

    Müctaba Zünnuri, böyük Zəfər münasibətilə Azərbaycan dövlətinə və xalqına təbriklərini çatdırıb, İranın Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi və Azərbaycan ilə həmrəyliyini vurğulayıb. O, müharibədə həyatını itirən şəhidlərin yaxınlarına və Azərbaycan xalqına başsağlığı bildirib və yaralılara Allahdan şəfa diləyib.

    Görüşdə ikitərəfli əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. Öz növbəsində, Parlamentlərin bu münasibətlərin genişləndirilməsinə öz töhfələrini verə biləcəyi qeyd olunub.

    Bölgədə yaranmış yeni vəziyyət və yeni imkanlar fövqündə ölkələrimizin bir-sıra əməkdaşlıq layihələrinin həyata keçirilməsini irəli apara biləcəyi ifadə olunub. Habelə ölkələrimizin beynəlxalq müstəvidə əməkdaşlığı məmnunluqla qeyd olunub.

    Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR