Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 82 nəfər olub.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, fevralın 19-da ölkə üzrə alınmış 116 674 COVID-19 testindən 7 419-unun cavabı müsbət çıxıb.
Son 24 saat ərzində Türkiyədə 7 498 nəfər virusdan sağalıb ki, bununla da indiyədək sağalanların ümumi sayı 2 511 548 nəfərə yüksəlib.
Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 1185 ağır koronavirus xəstəsi var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.