Türkiyədə koronavirusdan ölüm sayı 100-dən aşağı DÜŞDÜ
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 95 nəfər dünyasını dəyişib.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 093 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 8 642 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 556 837 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 7 903 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 445 285 nəfər təşkil edir.