AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək

  • + A
  • - A
  • 22-02-2021, 23:18


    “Media haqqında” yeni qanun layihəsi üzərində İşçi Qrup işini yekunlaşdırmaq üzrədir. Artıq müəyyən istiqamətlər bəllidir”.
    Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.
    “Artıq “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qüvvədən düşməsi və Azərbaycanda yeni “Media haqqında” qanunun qəbul edilməsi prosesindəyik”, - deyən Ə. İsmayılov onu da qeyd edib ki, Azərbaycanda mövcud olan media subyektləri və jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək.
    Bununla bağlı müddəalar “Media haqqında” yeni qanun layihəsinə daxil ediləcək. Hazırda bu məsələ müzakirə edilməkdədir.
    Agentlik rəhbəri kimlərin jurnalist adlandırılması məsələsinə də aydınlıq gətirib: “Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər. Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”.
    Müsahibə zamanı o da məlum oldu ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanundan fərqli olaraq “Media haqqında” yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək.
    Ə.İsmayılovun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək. Onlayn və çap media ilə bağlı kriteriyalar müəyyən olunacaq. Bundan əlavə audiovizual mediaya lisenziyaların verilməsi, onlar barəsində reysterin aparılması yeni qanun layihəsində əksini tapacaq.
    Çap mediası yerini analitik yazılar üstünlük təşkil edəcək onlayn qəzetlərə verəcək, hansı ki, orda yazılan məqalələr saytlarda olmadığından, oxucu ödənişli onlayn qəzetlərə üstünlük verəcək.
    Azadmedia.az ailəsi Mediada aparılacaq islahatların media aləminə yeni nəfəs gətirəcəyinə, sağlam rəqabət mühitinin formalaşacağına, IV hakimiyyətin itmiş nüfuzunu bərpa edəcəyinə əmindir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR