AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ehsan Zahidov “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirdi

  • + A
  • - A
  • 25-02-2021, 13:39


    Bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materialla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusunu cavablandırıb

    - Bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən material nümayiş etdirildi. Bu ictimaiyyətdə təəccüb doğurmaqla yanaşı, həm də müxtəlif söz-söhbətlərə səbəb oldu. Sizə elə gəlmirmi ki, qeyd olunan material kimlərinsə sifarişi ilə hazırlanmışdı?

    - Əvvəl onu qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR