AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubunsəsi.az xəbər portalı zəhmətkeş qadınlarımızı iş yerlərində təbrik etdi.

  • + A
  • - A
  • 8-03-2021, 20:49


    Cənubunsəsi.az xəbər portalı zəhmətkeş qadınlarımızı iş yerlərində təbrik etdi.

    Bu gün səhər saatlarında "Masallınınsəsi" azad media qurumun rəhbəri, Cənubunsəsi.az xəbər portalının baş redaktoru Mərhəmət Lələyevin təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Masallı rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçiləri olan bir qrup zəhmətkeş qadınlara bayram hədiyyələri təqdim olunub.

    Cənubunsəsi.az xəbər verir ki, səhər tezdən öz əməkdaşları ilə birlikdə Masallı şəhərinin bir neçə küçəsində reportaj hazırlayan Mərhəmət Lələyev Masallı rayonunun küçə və prospektlərində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, və ən çox zəhmətə qatlaşan, rayonumuzun küçə və prospektlərinin təmiz qalmasında hər zaman xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməklə onları unutmadığını bildirmiş, zəhmətkeş xanımlara bayram hədiyyələri təqdim etmişdir.

    Aksiyada Masallı rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəis müavini Ərəstun Əbilov ,Masallınınsəsi, azad media qurumun və Cənubunsəsi.az xəbər portalının kollektivi iştirak etmişdir.
    Bayramınız mübarək əziz zəhmətkeş qadınlar!

    Cənubunsəsi.az
    Orxan Əlizadə
    Foto-Rəşad Fərəcov




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR