Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada Suriya ilə bağlı keçirilən üçtərəfli görüş barədə açıqlamalar verib.
O, “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, Türkiyə, Rusiya və Qətər xarici işlər nazirlərinin üçtərəfli görüşündə məqsəd bütün Suriyada sabitliyin, sülhün və siyasi həllin təmin olunmasıdır:
“Bu, Cenevrə prosesinə, İranın da daxil olduğu Astana prosesinə və digər proseslərə, digər formatdakı görüşlərə alternativ deyil, əksinə tamamlayıcı prosesdir. Üç ölkə olaraq bölgədə birlikdə edə biləcəyimiz şeylər var, biz bunun üçün bir araya gəldik”.
Çavuşoğlu bildirib ki, bu formatı davam etdirəcəklər və növbəti görüş Türkiyədə olacaq.
Türkiyə-Misir münasibətlərinə aydınlıq gətirən Çavuşoğlu deyib ki, hər iki ölkə arasında diplomatik səviyyədə əlaqələr başlayıb:
“Misirlilərdən heç bir ilkin şərt gəlməyib. Bizdən də hansısa şərt olmayıb. Misirlə həm kəşfiyyat, həm də xarici işlər nazirliyi səviyəsidə əlaqələrimiz var. Diplomatik səviyyədə də əlaqələrimiz başladı”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.