Pakistanlı sənətçi Asad Kureyşi Azərbaycan, Türkiyə və Pakistan dostluğuna diqqət çəkmək üçün mahnı təqdim edib.
Bəstə “Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” adlanır. Sözləri Salahuddin Baloch, musiqisi Shoaib Raza və Hasniyə məxsusdur.
Musiqi türk və urdu dillərində səsləndirilib.
Pakistanın Lahor şəhərində çəkilən mahnının klipində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri İmran Xanın görüntüləri, həmçinin hər üç ölkədən olan kadrlara yer verilib.