...kimə könül isbatı,
kimə yaralıdı şerim!
...bir dəm Tanrıya yaxın,
bir dəm aralıdı şerim!
Gülün göyçəyi, lalası...
Qalası, məndən qalası!
...eh, özüm dağlar balası,
dağlar maralıdı şerim!
Üzü yazadı-baradı...
...əlim saçını daradı!
...nə ağdı nə də qaradı —
ağlı - qaralıdı şerim!
*
...vaxtı qələmnən keçirdim,
birtəhər yaza çıxdım.
—mən yaza qara qələmnən,
dərd yaza - yaza çıxdım.
Uzun çəkdi yazın yolu...
Addımımı çox atdım.
...özümnən də canımdakı
faniliyi çıxartdım.
...yordu məni yoxuşları,
bu ömrün gədikləri.
— deyirdim ömür fanidi,
düz çıxdı dediklərim.
Bir süstlük var qələmimdə...
— qışdan çıxan nə yazar?!
...ad oldu ki, yaza çıxdım-
güllü - çiçəkli yaza.
Paşa Talıblı
Rusiya...Volqoqrad şəhəri...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.